Beyləqanda saxlanılan 5 nəfərdən 9 kiloqram narkotik aşkarlanıb
![](https://turaninsesi.az/wp-content/uploads/2025/02/IMG-20250212-WA0006.jpg)
Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən tədbir nəticəsində, əvvəllər məhkum olunmuş Faiq Qasımov saxlanılıb.
Bu barədə “turaninsesi.az” – a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .
Ondan 8 kiloqram marixuana aşkarlanıb. Bundan başqa, keçirilən digər əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 4 nəfər – Şirzad Alışov, Şirxan Quliyev, Aqil Mirzəyev və Ceyhun Cəfərov saxlanılıblar.
Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılanlar barəsində həbs qətimkan tədbiri seçilib.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI