Qvardiola: “Sistemimiz əvvəlki kimi işləmir”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola ÇL-in pley-off mərhələsinin ilk oyununda “Real”a məğlubiyyət (2:3) barədə danışıb.

turaninsesi.az” “Sky Sports”a istinadla xəbər verir ki, 54 yaşlı mütəxəssis bildirib:

“Mən uzun illərdir “Mançester Siti”dəyəm və böyük komandanın bir hissəsiyəm. Lakin hazırda komandaya yaranan bu vəziyyətdən çıxmağa kömək edəcək nəsə təklif edə bilmirəm”. 

Qvardiola bildirib ki, uğursuz nəticələrə görə məsuliyyət hamının üzərinə düşür:

“Etiraf edirəm ki, bizim sistemdə hər şey əvvəlki kimi işləmir. Bir oyunçunu günahlandırmaq asan olardı, amma bu, absurddur. Belə olmur. Hər kəs günahkardır, ilk növbədə də mən. Məsələ ondadır ki, biz kifayət qədər stabil deyilik”.