ABŞ bu ölkəyə 7,4 milyard dollarlıq SİLAH GÖNDƏRİR – Savaş yaradan qərar…
ABŞ Dövlət Departamenti İsrailə 7,4 milyard dollar dəyərində yeni silah satışına icazə verib.
“turaninsesi.az“-ın əldə etdiyi məlumata görə, Bu barədə Pentaqonun Müdafiə, Təhlükəsizlik və Əməkdaşlıq Agentliyinin Konqresə göndərdiyi bildirişdə deyilir.
Sözügedən silah satışının təsdiqinin İsrailin baş naziri Binyamin Netanyahunun Vaşinqtonda olduğu dövrə təsadüf etməsi diqqət çəkir.
NATO üzvləri Cənubi Koreya, Avstraliya, Yaponiya, İsrail və Yeni Zelandiyanın xarici ölkələrə silah satışına 15 günlük etiraz müddəti var ki, ABŞ administrasiyası Konqresi təsdiqləyib və rəsmi məlumatlandırıb. Bu müddət ərzində Konqresdən satışın qarşısını almaq üçün heç bir etiraz alınmazsa, satış üçün təsdiqləmə prosesi tamamlanır.