Yeni nazir təyin olunan Anar Əliyevin atasından AÇIQLAMA

“Oğlumun nazir təyin edilməsi xəbərini saytlarda gördüm. Görən kimi zəng edib təbrik etdim. Cənab Prezident İlham Əliyevə təşəkkür edirəm”.

“turaninsesi.az” xəbər verir ki, bu sözləri açıqlamasında Anar Əliyevin atası, filologiya elmləri doktoru, ədəbiyyatşünas, yazıçı Rəhim Əliyev deyib.

O bildirib ki, oğlunun nazir təyin ediləcəyinə inamı var idi.

“Anar Sahil Babayev nazir olandan sonra nazir müavini təyin edilmişdi. Onlar birlikdə böyük işlər görə bildilər. İnanıram ki, Anar Prezident İlham Əliyevin onlara həvalə etdiyi bu xətti davam etdirəcək. Bu, heç də asan deyil, amma oğluma inamım böyükdür”.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI