Xamnəi: ABŞ ilə danışıqlar ağılsızlıqdır

ABŞ ilə danışıqlar İranın problemlərini həll etməyəcək və bu, ağılsız addımdır.

turaninsesi.az” Təsnim-ə istinadla xəbər verir ki, bunu İran lideri Ayətullah Xamnəi bildirib.

“ABŞ ilə danışıqlar İranın problemlərinin həllinə heç bir şəkildə təsir etməyəcək. Bunu başa düşməliyik. Biz düşünə bilmərik ki, bu hakimiyyətlərlə danışıqlara başlasaq, bu və ya digər problem həll olunacaq”, – deyə ruhani lider vurğulayıb.

Ayətullah Xamnəi İranın Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiəsi komandanları qarşısında çıxış edərək Vaşinqtonla danışıqların “ağılsız, məntisiz və ədalətsiz” olacağını qeyd edib.

Eyni zamanda, o, ABŞ-yə xəbərdarlıq edib ki, əgər onlar “İran xalqının təhlükəsizliyini pozarlarsa”, Tehran cavab addımı atacaq.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp İrana qarşı maksimum təzyiq siyasətinin bərpasını nəzərdə tutan sərəncam imzalayıb. Lakin o, məsələni İranla silahlı qarşıdurmaya gətirmək niyyətində olmadığını və qarşıdurmadan qaçmaq üçün İranın nüvə problemi ilə bağlı Tehranla müqavilə bağlamaq istədiyini bildirib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI