Azərbaycanda icra məmuru qəza törətdi: Ölən var

Bakıda icra məmurunun avtomobili ilə vurduğu qadın ölüb.

“turaninsesi.az” xəbər verir ki, icra məmuru Tural İsayev ‘Mercedes Benz C220″ markalı avtomobillə Binəqədi-Novxanı-Corat avtomobil yolu ilə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən yolu keçən piyada Nərgiz İsgəndərovanı ehtiyatsızlıqdan vurub və sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Sumqayıt șəhər prokurorluğunda CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI