Pezeşkian Trampın təklifini qəbul edəcək? – İlk bəyanat

İran administrasiyasının sözçüsü Fateme Mohacerani Donald Trampın Məsud Pezeşkianla görüşmə ehtimalı haqqında bəyanatına münasibət bildirib.

turaninsesi.az” xəbər verir ki, o, rəsmi Tehranın xarici siyasətdə 3 prinsipə əməl etdiyini deyib:

“Ləyaqət, yəni ölkənin ləyaqəti və xalqın ləyaqəti, mövcud müdriklik, məsələlərin pərdəarxasını görmək və onlara lazımi diqqət yetirmək. Təbii ki, son prinsip də məqsədəuyğunluqdur. Ölkənin bütün məsələləri, konkret olaraq digər dövlətlərlə münasibətlər bu üç prinsiplə aparılır”.

Xatırladaq ki, ABŞ prezidenti İrana qarşı sərt siyasət yürütmək istəmədiyini və Məsud Pezeşkianla mümükün görüş zamanı hər iki tərəfə sərfəli müqavilə imzalanacağına ümid etdiyini bildirib.

İran prezidenti hələ ki bu bəyanata şəxsi münasibətini açıqlamayıb. 

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI