Nikol Paşinyan: Ankara ilə daimi əlaqəmiz var

İrəvan və Ankara daimi əlaqə saxlayır, əlaqələr üçün heç bir maneə yoxdur.

turaninsesi.az” xəbər verir ki, bunu Nikol Paşinyan ABŞ-yə işgüzar səfəri çərçivəsində iştirak etdiyi Atlantik Şurasında çıxışı zamanı bildirib.

Ermənistanın baş naziri qeyd edib: “Əslində, Türkiyə ilə əlaqələr üçün heç bir maneə yoxdur və daimi əlaqədəyik. Xarici işlər nazirlərimiz daim görüşür və söhbət edirlər, nümayəndələrimiz də daimi əlaqədədir, çox fəal işləyirik, nə etmək lazım olduğu barədə ümumi anlayış var”.

Paşinyan əlavə edib ki, real nəticələr əldə etmək üçün müəyyən yekun addımlar atılmalıdır: “Ümid edirik ki, nəticə çox tezliklə olacaq. Bu dialoqu davam etdirir və etdirəcəyik. Düşünürəm ki, Ermənistan və Türkiyə heç vaxt indiki kimi fəal dialoqda olmayıb”.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI