Tramp Aİ-yə dair siqnalı verdi

ABŞ Avropa İttifaqından (Aİ) idxal olunan mallara əlavə rüsumlar tətbiq etməkdə qərarlıdır.

turaninsesi.az” xəbər verir ki, bunu Donald Tramp Floridadakı Mar-a-Laqo malikanəsindən qayıdarkən deyib.

“Bu, Avropa İttifaqı ilə bağlı mütləq baş verəcək, sizə deyə bilərəm. Çünki onlar həqiqətən bizdən istifadə edirlər”.

Tramp ABŞ-ın Aİ ilə ticarətdə bu proteksionist tədbirləri “çox yaxında” qəbul etmək niyyətində olduğunu açıqlayıb.

Eyni zamanda, Tramp ABŞ-ın Aİ ilə ikitərəfli ticarət kəsirinin 300-350 milyard dolları keçdiyini qeyd edib:

“Demək olar ki, heç nə almırlar. Biz isə hər şeyi onlardan alırıq. Avropa İttifaqı özünü tamamilə qeyri-münasib şəkildə aparır. Əlbəttə, nəsə baş verməlidir”.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI