Aleksandr Vuçiç: “Biz Prezident İlham Əliyevdən çox şey öyrənə bilərik”
“Turanın səsi” xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevlə birgə Belqradda mətbuat konfransında bildirib.
“Biz bu gün Prezident İlham Əliyevlə görüşmüşük. Bu səhər bizim möhtəşəm müzakirələrimiz oldu. Amma müvafiq vəziyyətə görə o, bizim ölkədə daha uzun müddət qala bilməyəcək. Ümid edirəm ki, qısa müddət ərzində onu yenə də Serbiyada qəbul etmək imkanımız olacaq”, – Serbiya lideri deyib.
“Biz Azərbaycanla bir çox sahədə müxtəlif imkanlara malikik. Biz hər iki dövlət olaraq ərazi bütövlüyümüzü qorumağa çalışırıq və öz dövlətlərimizi beynəlxalq arenada təqdim edirik. Xüsusilə beynəlxalq hüquq normalarının tətbiqi ilə bağlı iş görürük. Bu da BMT çərçivəsində həyata keçirilir və bu, təqdirəlayiq haldır. Amma mən fikirləşirəm ki, biz Prezident İlham Əliyevdən çox şey öyrənə bilərik”, – deyə Serbiya Prezidenti vurğulayıb.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09