Milli Məclisin sədri Sahibə Qafarova 11 saylı seçki məntəqəsində səs verib
Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova yanvarın 29-da keçirilən bələdiyyə seçkilərində 19 saylı Nərimanov birinci seçki dairəsinin 11 saylı seçki məntəqəsində səs verib.
Bu barədə ” turaninsesi.az“-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Məntəqədə səsvermənin gedişini yerli müşahidəçilər izləyirlər. Səhər saat 8:00-dan etibarən 11 saylı seçki məntəqəsində də seçicilərin fəallığı müşahidə olunur. Məntəqədə 1482 seçici qeydiyyatdadır.
Seçkilər zamanı respublika üzrə 685 bələdiyyəyə 8071 üzv seçiləcək. Səsvermə saat 19:00-da başa çatacaq.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI