Rəsmi Bakının mövqeyi: 2 dövlətli həll yolunun tərəfdarıyıq
Azərbaycanın BMT TŞ-nın qətnamələrinə əsasən, İsrail-Fələstin münaqişəsinin iki dövlətli prinsip əsasında həllinin tərəfdarı olduğu vurğulanıb.
“turaninsesi.az” xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada keçirilən Türkiyə, Azərbaycan və Özbəkistan arasında üçtərəfli mexanizmin ikinci görüşünün nəticələrinə dair mətbuat konfransında çıxışı zamanı bildirib.
O, Qəzzada əldə edilmiş atəşkəsin önəmi və vacibliyini də vurğulayaraq, Suriyada baş verən proseslərdə Türkiyənin müsbət roluna diqqət çəkdirib.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI