“Putinə qəsd hazırlanıb” iddiasına Kremldən cavab
Rusiya xüsusi xidmət orqanları cəmiyyətin və dövlət başçısının təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görür.
“turaninsesi.az” Interfax-a istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Bu cavabla o, Co Baydenin administrasiyasının Rusiya prezidentini öldürməyə cəhd etdiyinə dair jurnalist Taker Karlsonun bəyanatını şərh edib.