Tramp sələfinin orduya dair sərəncamını ləğv etdi

Donald Tramp COVID-19-a qarşı peyvənd olunmaqdan imtina etdiyi üçün xidmətdən tərxis olunan hərbçilərin bərpası haqqında sərəncam imzalayıb.

ABŞ prezidenti “hərbidə gender radikalizminə son qoymaq” və ABŞ Müdafiə Nazirliyinin müxtəliflik, bərabərlik və inklüzivlik proqramlarını geri qaytarmaq üçün sərəncamlar imzalayıb.

Tramp daha əvvəl, 2021-ci ildə keçmiş prezident Co Baydenin imzaladığı və transseksualların ABŞ Silahlı Qüvvələrində xidmət etməsinə icazə verən və Pentaqona hərbçiləri cinsi kimliyinə görə işdən çıxarmağı qadağan edən sərəncamı ləğv etmişdi. Bundan əlavə, ABŞ prezidenti yalnız 2 cinsi – kişi və qadını tanıyacağına dair sərəncam imzalayıb.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI