Sara Atakişiyevanın növbəti uğuru : Səfərdən Qızıl medalla vətənə döndü
“Ocaq Sport” klubunun bədii Gimnastı Sara Atakişiyeva noyabrin 19-u və 20-da
Gürcüstanin Tbilisi şəhərində keçirilən “ ll New LookCup” beynəlxalq turnirindən top qurze və cox novculuq uzrə vətənə 3 Qizil medal qazandirib.
“Turanın səsi” xəbər verir ki , Sara Atakişiyeva bundan əvvəl Türkiyədə daha sonra Moldovada öz ölkəsinin himnini birinci səsləndirməyə nail olmuşdur.
Bu balaca qalibimiz Saranın ard-arda qazandığı 3 -cü qızıl medalıdır.
“Turanın səsi” informasiya portalı adında səni təbrik edirik . Sara Sən möhtəşəmsən !
Ümumilikdə “Ocaq Sport” klubu Gürcüstanın Tibilisi şəhərində 11 qızıl , 9 gümüş və 5 bürünc medal qazanmışdır.
Qeyd edək ki, noyabrın 25-dən 27-dək “Ocaq Sport” klubu ilk dəfə olaraq bədii gimnastika üzrə 1-ci beynəlxalq “Ocaq kuboku” təşkil edəcək. Milli Gimnastika Arenasında keçiriləcək yarışda yerli və xarici klubların kiçikyaşlı gimnastları mübarizə aparmaq imkanı əldə edəcəklər.
Turnirdə 2007-2016-cı il təvəllüdlü gimnastlar fərdi, və qrup hərəkətləri üzrə ayrı-ayrı alətlər və çoxnövçülük üzrə yarışacaqlar.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09