Qriqoryan Minsk qrupunun keçmiş həmsədrini qəbul etdi
Yanvarın 27-də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Fransa XİN-in Avropa və Kontinental Avropa departamentinin rəhbəri Bris Rokfeyi qəbul edib.
“turaninsesi.az“-a xəbər verir ki, görüşdə Ermənistan və Fransa arasında qarşılıqlı maraq doğuran geniş spektrli məsələlər müzakirə edilib, bir sıra sahələrdə Ermənistan-Fransa çoxsahəli əməkdaşlığının gücləndirilməsi istiqamətində atılan addımların əhəmiyyəti müzakirə olunub. əsas istiqamətləri vurğulanıb.
Həmsöhbətlər aktual regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Xatırladaq ki, əvvəllər Bris Rokfey ATƏT-in Minsk qrupunun fransalı həmsədri olub.