Milli Məclis yanında Toponimiya Komissiyasına sədr, müavin və katib seçilib – YENİLƏNİB
Milli Məclis yanında Toponimiya Komissiyasına sədr, müavin və katib seçilib.
“turaninsesi.az” xəbər verir ki, bununla bağlı komissiyanın bugünkü iclasında müzakirə aparılıb.
Toponimiya Komissiyasının sədri vəzifəsinə Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli, sədrin müavini vəzifəsinə parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, komissiyanın katibi vəzifəsinə isə MM Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin İnzibati ərazi və bələdiyyə məsələləri üzrə qanunvericilik sektorunun müdiri Cavid İsgəndərovun namizədliyi təklif olunub.
Komissiya üzvlərinin səsverməsindən sonra müvafiq qərar qəbul edilib. Beləliklə, Komissiyanın sədri İsa Həbibbəyli, sədr müavini Musa Quliyev, katibi isə Cavid İsgəndərov olub.
10.00
Milli Məclis yanında Toponimiya Komissiyasına yeni sədr seçiləcək.
“turaninsesi.az“-ın əldə etdiyi məlumata görə, bununla bağlı Toponimiya komissiyası sədrinin, sədr müavininin və komissiya katibinin seçilməsi haqqında məsələ müzakirəyə çıxarılacaq.
Məsələ Toponimiya Komissiyasının bugünkü iclasında müzakirə olunacaq.
Qeyd edək ki, Komissiya Azərbaycanın ərazi vahidlərində ad verilməsi, onların adlarının dəqiqləşdirilməsi və dəyişdirilməsi məsələlərini müzakirə edir və bu barədə Milli Məclisə rəy hazırlayır.
Xatırladaq ki, Komissiyanın bundan əvvəlki sədri AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, sədr müavini Sevinc Fətəliyeva, katib isə Cavid İsgəndərov olub.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI