Gürcü diplomatların vizasız gediş-gəlişinə qadağa
Aİ-nin 27 ölkəsinin daimi nümayəndələri gürcü diplomatları üçün vizasız gediş-gəlişin dayandırılması qərarını açıqlayıblar.
“turaninsesi.az” TASS-a istinadla xəbər verir ki, diplomatın sözlərinə görə, bu qərar Aİ Şurasında rəsmən təsdiqlənməlidir və bu, 27 icma ölkəsinin xarici işlər nazirlərinin yanvarın 27-də keçiriləcək iclasında edilə bilər.
Dekabrın 20-də Avropa Komissiyası rəsmi olaraq Gürcüstan rəsmiləri və diplomatları üçün vizasız rejimin dayandırılmasını təklif edib.