Aİ-yə üzvlüklə bağlı qanun layihəsi təsdiqləndi

Ermənistan parlamentinin Avropaya inteqrasiya komitəsi Cümə günü keçirilən iclasında Avropa İttifaqına daxil olma haqqında qanun layihəsini təsdiqləyib.

turaninsesi.az” Armenpress-ə istinadla xəbər verir ki, layihəsi fevralın əvvəlində Ermənistan Milli Assambleyasının müzakirəsinə təqdim olunacaq.

Yanvarın 9-da Ermənistan hökuməti ölkənin Avropa İttifaqına daxil olması haqqında qanun layihəsini təsdiqləyib. Baş naziri Nikol Paşinyanın dediyi kimi, ölkənin Aİ-yə üzvlüyü ilə bağlı qərar ümumxalq səsverməsi yolu ilə qəbul edilməlidir.