Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında

​Yanvarın 23-də Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 2025-ci ilin yaz sessiyasında ilk iclası keçirilib.

Bu barədə ” turaninsesi.az“-a  Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib

İclası açan komitə sədri Arzu Nağıyev yeni sessiyanın başlaması münasibəti ilə komitə üzvlərini təbrik edib və gələcək fəaliyyətlərində onlara uğurlar diləyib.
Sonra komitə sədri iclasın gündəliyindəki 7 məsələ barədə məlumat verib. O, əvvəlcə gündəliyin birinci məsələsi – Milli Məclisin 2024-cü ilin payız sessiyası dövründə Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin fəaliyyəti barədə hesabatı təqdim edib. Bildirilib ki, komitənin ötən sessiya ərzində 16 iclası keçirilib və iclaslarda 43 məsələyə baxılıb. Həmin iclaslarda baxılan qanun layihələri barədə danışan komitə sədri, ötən sessiyada qəbul olunmuş bir sıra qanunların əhəmiyyətini xüsusi vurğulayaraq bildirib ki, ümumilikdə bu dövr ərzində 13 qanun layihəsi üç oxunuşda, 2 qanun layihəsi isə bir oxunuşda qəbul edilib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI