KİV: ABŞ Meksika sərhədinin müdafiəsi üçün minlərlə hərbçi göndərəcək

ABŞ Prezidenti Donald Tramp silahlı qüvvələrin Meksika ilə cənub sərhədindəki mövcudluğunu gücləndirməyi tapşırması ilə əlaqədar yaxın iki gün ərzində ABŞ-ın minlərlə hərbçisi əlavə olaraq sözügedən bölgəyə göndəriləcək.

turaninsesi.az” xəbər verir ki, bu barədə CNN telekanalı mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, hazırda Texas ştatının El-Paso şəhərində yerləşən “Şimal” əməliyyat qrupunun tərkibində sərhəddə artıq 2,2 min hərbçi var. Onların vəzifələrinə logistik dəstək, monitorinq, nəqliyyat vasitələrinə texniki xidmət və statistik məlumatlarla iş daxildir.

Telekanalın məlumatına görə, əlavə qüvvələr patrul hazırlığının dəstəklənməsi, təhdidlərin və miqrant axınlarının təhlili, fəaliyyətlərin əlaqələndirilməsinə kömək də daxil olmaqla oxşar vəzifələri yerinə yetirəcək. Mənbələr bildirib ki, əlavə qüvvələr həmçinin hava əməliyyatları ilə məşğul olacaq.

Xatırladaq ki, Tramp dəfələrlə Meksika ilə sərhəddə təhlükəsizliyin gücləndirilməsi və ABŞ-yə qanunsuz miqrant axınının azaldılması planlarından danışıb. Yanvarın 20-də prezident vəzifəsinə başlayan Tramp öz fərmanı ilə 90 gün ərzində silahlı qüvvələrə ABŞ daxilində hüquq-mühafizə funksiyalarını yerinə yetirmək səlahiyyətlərinin qanuni ötürülməsi imkanlarının nəzərdən keçirilməsini tapşırıb.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI