Tramp Rusiyanı hədələdi: “Müharibəni dayandırın, əks halda…”

ABŞ prezidenti Donald Tramp Rusiyanı ən qısa müddətdə Ukrayna ilə müharibəni dayandırmağa çağırıb.

turaninsesi.az”  “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, Tramp əks halda Rusiya məhsullarının ölkəsinə ixracına yeni rüsumlar və sanksiyalar tətbiq etmək niyyətində olduğunu vurğulayıb.

“Razılıq əldə olunmasının vaxtı gəlib çatıb. Daha çox itki vermək olmaz” – Tramp qeyd edib.

“Rusiyaya ziyan vermək istəmirəm. Rus xalqını sevirəm və Rusiya prezidenti Vladimir Putinlə hər zaman çox yaxşı əlaqələrimiz olub” – ABŞ prezidenti əlavə edib.