Tramp LGBT bayraqlarını qadağan etdi
ABŞ-nin yeni prezidenti Donald Tramp bütün dünyada hökumət binalarında LGBT və BLM bayraqlarının nümayişini qadağan edib.
“turaninsesi.az” xəbər verir ki, bu barədə “Washington Free Beacon” portalı məlumat yayıb.
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp, administrasiyası dövründə hökumətin yalnız iki cinsin — kişi və qadının — tanınması ilə bağlı rəsmi siyasətini davam etdirəcəyini bildirib. O, Arizona ştatının Feniks şəhərində keçirilən “AmericaFest” konfransında çıxışı zamanı, “Tramp administrasiyası dövründə ABŞ hökumətinin rəsmi siyasəti ondan ibarət olacaq ki, yalnız iki cins var: kişi və qadın. Bu qədər mürəkkəb səslənmir, elə deyilmi?” — deyə qeyd edib.Trampın bu mövqeyi, LGBT+ icması və insan haqları müdafiəçiləri arasında narahatlığa səbəb olub. Onlar hesab edirlər ki, bu cür siyasətlər cinsi azlıqların hüquqlarını məhdudlaşdıra və diskriminasiyanı artıraraq, cəmiyyətin müxtəlifliyinə zərər verə bilər.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI