Vitse-spiker Adil Əliyevin idmançılarla növbəti görüşü keçirilib

0

Noyabrın 23-də Milli Məclisin sədr müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev parlamentdə növbəti dəfə idmançılarla görüşüb. Dövlət başçısı tərəfindən idmana verilən yüksək dəyərdən bəhs edən Adil Əliyev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş idman siyasətinin, 1997-ci ildə cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin Prezidenti seçildikdən sonra geniş vüsət almasını vurğulayıb. Sağlam Azərbaycan gəncliyinin formalaşmasında idmanın xüsusi əhəmiyyətini qeyd edən vitse-spiker, idmançılarımızın qazandıqları qələbələrin xalqımızda böyük ruh yüksəkliyi yaratmasından danışıb.

Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın idman sahəsinə göstərdiyi xüsusi diqqətin, idmançılarımızın sosial-məişət şəraitlərinin daha da yaxşılaşdırılmasının dövlət siyasətinin prioritet istiqamətlərdən biri olması idmançılarımızın uğurlarını artırmış, onları qələbədən-qələbəyə ruhlandırmışdır. Gənclər və idman siyasətinə xüsusi önəmin verilməsi, respublikada nüfuzlu idman yarışlarının da yüksək səviyyədə təşkil edilməsi ilə bərabər idmançılarımızın idman yarışlarında davamlı uğurları ölkəmizi dünyada idman ölkəsi kimi tanıtmışdır.

Şanlı Qələbəmizlə bitən Vətən müharibəsində fiziki cəhətdən hazırlıqlı gənclərimizin döyüş meydanında göstərdiyi şücaətdən bəhs edən vitse-spiker Azərbaycan gəncliyinin üzərində düşən missiyanın öhdəsindən layiqincə gəldiyini bildirib.

İdmançılar səmimi qəbula görə minnətdarlıqlarını bildirərək, bundan sonra da himnimizi səsləndirmək, bayrağımızı yüksəltmək üçün əllərindən gələni əsirgəməyəcəklərini bildiriblər.

Görüş idmançıları maraqlandıran mövzular ətrafında müzakirələrlə davam etdirilib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir