İsrailin ABŞ-dakı səfiri: Netanyahunun Trampla görüşü gözlənilir

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın həftələrdə Vaşinqtona səfər etməyi və andiçmə mərasimindən sonra ABŞ-nin 47-ci Prezidenti Donald Trampla görüşən ilk xarici liderlərdən biri olmağı planlaşdırır.

turaninsesi.az“-ın xəbərinə görə, bunu İsrailin ABŞ-dəki səfiri Maykl Hersoq səlahiyyət müddətinin başa çatması münasibətilə “Walla” portalına müsahibəsində deyilib.

“Baş nazir Netanyahunun yaxın həftələrdə Ağ Evə səfəri gözlənilir. Bu məsələ ilə bağlı müzakirələr davam edir, lakin hələ yekun tarix yoxdur”, – portal İsrailin Vaşinqtondakı səfirindən sitat gətirib.

Bundan əlavə, Trampın prezidentliyinin ilk günlərində keçmiş prezident Cozef Baydenin İsrailə silah satışına, o cümlədən bir tonluq bombalara dair məhdudiyyətlərini ləğv edəcəyi gözlənilir.

O, hesab edir ki, Tramp Bayden administrasiyasının İsrailə silah satışı ilə bağlı qadağanı ləğv edəcək və səlahiyyət müddətinin əvvəlində satışa icazə verəcək.

Səfirin sözlərinə görə, Trampın ABŞ-nin əvvəlki administrasiyası tərəfindən İordan çayının qərb sahilində yəhudilərin məskunlaşmasına qarşı tətbiq olunan sanksiyaları ləğv edəcəyi və 2024-cü il noyabrın 21-də Netanyahu və İsrailin keçmiş müdafiə naziri Yoav Qalanti hərbi cinayətlərdə ittiham edib barələrində həbs qərarı çıxaran Beynəlxalq Cinayət Məhkəməsinə qarşı tədbir görəcəyi gözlənilir.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI