Tramp Bayden administrasiyasının 80-ə yaxın qərarını ləğv edəcək

ABŞ Prezidenti Donald Tramp sələfi, demokrat Cozef Baydenin administrasiyası tərəfindən qəbul olunmuş 80-ə yaxın qərarı ləğv edəcək.

turaninsesi.az” xəbər verir ki, ABŞ-nin 47-ci prezidenti kimi bazar ertəsi and içən respublikaçı müvafiq bəyanatı həmin gün axşam Vaşinqtondakı “Capital One” İdman Arenasında tərəfdarları qarşısında keçirilən mitinqdə çıxış edərkən verib.

“İlk addım tarixin ən pis administrasiyalarından biri olan əvvəlki administrasiyanın həyata keçirdiyi təxminən 80 dağıdıcı və radikal qərarları ləğv etməkdir. Ən pislərdən biri deyil, ən pisini”, – Tramp deyib.