İmişlidə qəza: “Mercedes”i 17 yaşlı yeniyetmə idarə edirmiş

Yanvarın 18-dəb İmişlidə YPX avtomobilinin qarşısına çıxan “Mercedes” markalı, 30-BH-904 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxsin sürücülük hüququ olmayıb.

turaninsesi.az” xəbər verir ki, avtomobili 2008-ci il təvəllüdlü Bəylər Bayramov idarə edib. Həmin maşın yeniyetmənin dayısına məxsus olub.

DİN-in məlumatına görə, xidmətə gedən YPX avtomobilinin qarşısına digər bir nəqliyyat vasitəsinin çıxması nəticəsində xidməti avtomobil yol kənarında olan uşaqlara dəyib. Onlardan 2 nəfər həlak olub, digər azyaşlılar və sürücü xəstəxanaya çatdırılıb.

Faktla bağlı cinayət işi başlanılıb, polis və prokurorluq orqanlarında araşdırma aparılır.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI