Pezeşkian: Rusiyaya dair səhvləri düzəldirik

İran tərəfi Rusiya-İran münasibətlərinin inkişafındakı səhvləri və gecikmələri aradan qaldırmağa çalışıb.

turaninsesi.az” Interfax-a istinadla xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian deyib.

“Moskva səfərindən əvvəl ölkələrimiz arasında əldə edilmiş bir sıra razılaşmaları da nəzərdən keçirdik, kiçik səhvlər və deyək ki, gecikmələr olub. Bu səhvləri və gecikmələri aradan qaldırmaq üçün hər cür cəhd etdik”, – deyə o, Kremldə Putinlə danışıqlar zamanı deyib.

“Bizim həmkarlarımız, nazirlər hələ də gündəmdə olan bütün məsələləri müzakirə edir və əminəm ki, bu gün onlar bu məsələləri necə irəli apara biləcəkləri barədə razılığa gələcəklər”, – deyə Pezeşkian əlavə edib.

İkitərəfli münasibətlərin inkişafına toxunan İran prezidenti Tehranın onların hazırkı durumundan razı olduğunu bildirib:

“Əslində, təkcə regionda deyil, həm də beynəlxalq arenada qarşılıqlı əlaqələrimiz, eləcə də ikitərəfli qarşılıqlı fəaliyyət və ticarət dövriyyəsinin inkişafı baxımından bizi həqiqətən də sevindirir”.

Onun sözlərinə görə, iki ölkənin fəaliyyətinin bütün sahələrini, o cümlədən mədəniyyət, iqtisadiyyat və humanitar əlaqələri əhatə edən böyük sazişin imzalanması ikitərəfli münasibətlərin inkişafına böyük təkan verəcək və gələcək irəliləyiş üçün möhkəm zəmindir”.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI