İntihar edən əsgər rəssam imiş

Özünü öldürən Azərbaycan ordusunun hərbi qulluqçusu Adil Baxşəliyevlə bağlı yeni detallar məlum olub.

turaninsesi.az” xəbər verir ki, 6 ay əvvəl Kəlbəcərə hərbi xidmətə yollanan 24 yaşlı Adil Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında həm bakalavr, həm magistr təhsili alıb. O, təhsil aldığı müddətdə rəssamlıqla məşğul olub.

Adil Baxşəliyevin atası azərbaycanlı, anası rusdur. Onlar ailədə 8 uşaq – 7 qardaş, 1 bacı olublar.

Hadisə dekabr ayının sonunda baş verib. Əsgər odlu silahdan atəş açmaqla özünü öldürüb. İnsidentlə əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI