Blinken İrəvanla tərəfdaşlıqın əsas istiqamətlərindən danışdı
Gələn ay, qarşıdakı həftələrdə gömrük və sərhəd mühafizəsi komandamız sərhəd təhlükəsizliyi potensialını inkişaf etdirmək üçün Ermənistana səfər edəcək.
“turaninsesi.az” xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken deyib.
O, ABŞ və Ermənistan arasında strateji tərəfdaşlıq haqqında Xartiyanın imzalanması mərasimində qeyd edib:
“Qısa müddət ərzində tərəfdaşlıqlar fonunda səmərəli iş gördük strateji tərəfdaşlıq üzrə komissiya yaradırıq”.
Blinkenin sözlərinə görə, komissiya bir sıra mühüm istiqamətlər üzrə qarşılıqlı əməkdaşlıq dairəsini genişləndirəcək: müdafiə və təhlükəsizlik, iqtisadiyyat, demokratiya və ədalət, inklüzivlik və özəl münasibətlər.
Dövlət katibi ABŞ-Ermənistan əməkdaşlığını iqtisadi və enerji sahələrində də şərh edib:
“Hazırda dinc nüvə təhlükəsizliyi və nüvə enerjisi sahəsində danışıqlar aparırıq”.