Cənubi Koreya Prezidentinin həbs əməliyyatı yeddi saatdan çox davam edib
Koreya Respublikasının Prezidenti Yun Sok Yolun həbs əməliyyatı yeddi saatdan çox davam edib.
“turaninsesi.az” TASS-a istinadən xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, ikinci həbs cəhdi yanvarın 15-i yerli vaxtla saat 03:20-də başlayıb. İstintaqçılar iqamətgaha gedən yolda avtomobillərdən ibarət bir neçə barrikada xəttini keçməli olublar. Proses zamanı nərdivanlardan istifadə edilib. Hüquq-mühafizə orqanları ilə Prezidentin mühafizə xidməti arasında danışıqlar təxminən iki saat davam edib.
Yüksək vəzifəli şəxslərlə bağlı Antikorrupsiya Təhqiqatları İdarəsindən bildirilib ki, Prezident Yun Sok Yolun həbs orderinin icrasının tətbiqi yerli vaxtla saat 10:33-də həyata keçirilib. İdarəyə gedəcəyini bildirən Prezident əlavə edib ki, istintaqı qanunsuz hesab edir. Saat 10:53-də Prezident mühafizə xidmətinin avtomobili ilə Antikorrupsiya Təhqiqatları İdarəsinin ofisinə gətirilib.
Prezidenti dindirmək üçün istintaq orqanlarının 48 saatı var. Müddət başa çatdıqdan sonra həbsin uzadılması üçün yeni orderə dair müraciət edilməlidir. Dindirilmə materialları 200 səhifədən çoxdur.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI