Kəmaləddin Heydərov rəisi işdən çıxardı

Daxili xidmət polkovnik-leytenantı Anar Salahov Dövlət Yanğından Mühafizə Xidmətinin Neftçala Rayon Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsindən azad edilib.

turaninsesi.az” xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

A.Salahovun yerinə Rüfət Elbrus oğlu Qorçiyev gətirilib.


Qeyd edək ki, Anar Salahov 2017-ci ildən Neftçala Rayon Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsində çalışıb.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI