Türkiyə ordusundan əməliyyat: 9 PKK-çı məhv edildi

Türkiyə Silahlı Qüvvələrinin İraq və Suriyanın şimalında həyata keçirdiyi əməliyyat nəticəsində 9 terrorçu zərərsizləşdirilib.

turaninsesi.az”  xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, əməliyyat nəticəsində İraqın şimalındakı “Pençe-Kilit” və Metine bölgələrində PKK terror qruplaşmasının üç üzvünün məhv edildiyini açıqlayıb.

Suriyanın şimalındakı “Fərat qalxanı” və “Sülh çeşməsi” əməliyyat bölgələrində isə daha altı terrorçu zərərsizləşdirilib.