Meksikada güclü zəlzələ oldu

Mərkəzi Meksikada 6,2 maqnitudalı zəlzələ olub.

turaninsesi.az” xəbər verir ki, bu barədə Avropa – Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumatına görə, təbii fəlakətin episentri təxminən 137 min əhalisi olan Kolima şəhərindən 88 kilometr cənub-şərqdə yerləşib. Yeraltı təkanların ocağı 86 kilometr dərinlikdə qeydə alınıb.

Dağıntılar və tələfat barədə məlumat daxil olmayıb.