Fidan Fransanı “kiçik Avropa dövləti” adlandırdı

Bəzi kiçik Avropa ölkələri Amerikanın çətiri altında olmaqdan heç nə qazanmır.

turaninsesi.az” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

O, Fransanın Suriyaya hərbçi göndərməsi üçün YPG-nin çağırışı ilə bağlı suala cavabında bildirib: “Bəzi kiçik Avropa ölkələri Amerikanın çətiri altında olmaqdan heç nə qazanmır. Gəlin onların regionda ABŞ olmadan fəaliyyət göstərdiyini görək. Tərəfdaşımız ABŞ-dır, başqaları ilə məşğul olmuruq. Fransa hərəkətə keçmək istəyirsə, öz terrorçu vətəndaşlarını mühakimə etməli və həbs etməlidir”.