İsrailli nazir: Suriya etnik kantonlara bölünməlidir

İsrailin hakimiyyət orqanları Suriyanın inzibati-ərazi bölgüsünün dəyişdirilməsi planını nəzərdən keçirə biləcək beynəlxalq konfransın keçirilməsini müzakirə edir.

turaninsesi.az” Israel Hayom-a istinadla xəbər verir ki, müdafiə naziri İsrael Katz Suriyadakı vəziyyəti müzakirə etmək üçün digər nazirlərlə görüş keçirib.

Görüşdə energetika naziri Eli Koen ölkənin problemlərinə həsr olunmuş beynəlxalq konfransın keçirilməsini təklif edib.

O, druzlar və kürdlər kimi etnik qrupların təhlükəsizliyini təmin etmək üçün Suriyanın kantonlara bölünməsi təşəbbüsünün müzakirəsini təklif edib.

Koen qeyd edib ki, İsrail tərəfi üçün əsas vəzifə İsrailin şimal sərhədinin təhlükəsizliyini təmin etmək, eləcə də üsyançı təşkilatlardan qaynaqlanan təhlükələrdən qorunmaq üçün aktiv tədbirlər görməkdir.

İsrail rəsmiləri hesab edirlər ki, konfrans Suriyada sabitliyin yaradılmasına kömək edə bilər və bu da öz növbəsində İsrailə qoşunlarını oradan çıxarmağa imkan verəcək.

Hazırda Suriya 14 əyalətə bölünüb.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI