İrəvan həm Aİ-də, həm Aİİ-də? – Peskov

Ermənistanın Avropa İttifaqına daxil olması onun suveren hüququdur, lakin iki müxtəlif beynəlxalq təşkilata üzv olmaq mümkün deyil.

turaninsesi.az” xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

O bildirib: “Ermənistanın Aİ-yə üzvlüyü nə deməkdir? Bunu indidən söyləmək çətindir, çünki təbii ki, iki fərqli təşkilatın üzvü olmaq, hipotetik desək, mümkün deyil”.

Kreml nümayəndəsi qeyd edib: “Əlbəttə, bu, Ermənistanın suveren hüququdur. Bilirik ki, onun Aİİ-yə üzvlüyü faydalıdır”.

Ermənistanın bu təşkilata qoşulması prosesinin təşəbbüskarının məhz Avropa İttifaqı olduğunu vurğulayan Rusiya prezidentinin mətbuat katibi deyib: “Hələ də Avropa İttifaqının bu məsələdə hansı mövqedə olduğunu anlamaq lazımdır. Aİ-yə üzvlük yönümünü qoruyub saxlayan, lakin Brüsseldən çox da qarşılıqlı qarşılanmayan Türkiyə Cümhuriyyətinin nümunəsi var”.

Xatırladaq ki, Ermənistan hökuməti respublikanın Avropa İttifaqına daxil olması haqqında qanun layihəsini təsdiqləyib.

Təsdiqlənmiş sənəddə deyilir ki, Ermənistan Avropa İttifaqına “üzvlük prosesinin başladığını elan edir”.

Nikol Paşinyan hökumətin iclasında bəyan edib ki, ölkənin Aİ-yə daxil olması ilə bağlı qərar yalnız ümumxalq səsverməsi yolu ilə qəbul edilə bilər.