DİN-in Mətbuat Xidmətinin Məlumatı

0

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayon ərazisinə müəyyən edilmiş marşurutdan kənar, qanunsuz yollarla daxil olan şəxslər saxlanılıblar.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Xocavənd RPŞ-nin əməkdaşlarının keçirdiyi tədbirlərlə Füzuli rayon sakini Xanlar Hüseynov və Beyləqan rayon sakini Arzuman Qabilov Böyük Tağlar kəndində atla hərəkət edərkən saxlanılıblar. Yoxlama zamanı həmin şəxslərin müvafiq icazələrinin olmadığı və nəzarət-buraxılış məntəqələrindən kənar yollarla rayon ərazisinə daxil olduqları müəyyən edilib.
Faktla bağlı Xocavənd RPŞ-də araşdırma aparılır.

Noyabrın 21-də ölkə ərazisində qeydə alınan 58, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 104, o cümlədən borclu şəxs qismində axtarışda olan 75 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.

Narkotiklərlə əlaqəli 26, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir