Rəsmi Tbilisi Makrona ağıl verdi
Emmanuel Makronun yeni seçkilərin Gürcüstanda siyasi böhrandan çıxış yolu adlandırması rəsmi Tbilisinin tənqid obyektinə çevrilib.
“turaninsesi.az” xəbər verir ki, bu barədə paylaşımı Fransanın Tbilisidəki səfiri Şeraz Qasri edib.
O, sosial şəbəkələrdə yazıb: “Prezident Makron nümayişçilərin və Salome Zurabişvilinin cəsarətini yüksək qiymətləndirir və vurğulayır ki, Gürcüstanda yeni seçkilər siyasi böhranın həlli ola bilər”.
Gürcüstanın baş naziri İrakli Kobaxidze bu bəyanatları şərh edərkən Makrona Ukraynanı izləməyi tövsiyə edib:
“Əgər Rusiya hardasa qonşu ölkələrin işlərinə qarışırsa, o, Ukraynadadır, qoy Fransa prezidenti məhv olmaq üçün qurban verilən Ukraynaya göz qoysun”.
Parlamentinin spikeri Şalva Papuaşvili isə sosial şəbəkələrdə yazıb ki, növbədənkənar prezident seçkiləri və Milli Assambleyanın buraxılması Fransadakı siyasi böhrandan yaxşı çıxış yolu olacaq:
“Mən Fransanın daxili siyasətinə qarışmağım deyil, amma nəzərə alsaq ki, fransızların 61%-i prezident Makronun istefasının tərəfdarıdır, 50%-i isə Milli Assambleyanın buraxılmasını istəyir, yeni seçkilər yaxşı çıxış yolu ola bilər”.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI