İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 42 nəfər saxlanıldı

Türkiyənin 17 vilayətində İŞİD terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən şəxslərin saxlanılması ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib.

turaninsesi.az” xəbər verir ki, son bir həftə ərzində “GÜRZ-35” adı altında gerçəkləşən əməliyyat nəticəsində 42nəfər saxlanılıb.

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial şəbəkələrdə qeyd edib ki, əməliyyat digər ərazilərlə yanaşı, Ankara, Bursa, Qaziantep, İstanbul, Diyarbakır, Kahramanmaraş və Kayseri vilayətlərində aparılıb.

Saxlanılanlar terror təşkilatlarını maliyyələşdirməkdə və sosial şəbəkələrdə qadağan olunmuş ideologiyanı təbliğ etməkdə ittiham olunurlar.