DÇ-2022: İngiltərə – İran oyununa 24 dəqiqə əlavə olunub, Taremi tarixə düşüb


Qətərdəki dünya çempionatında İngiltərə və İran yığmaları arasında keçirilmiş B qrupunun ilk tur oyununun əsas vaxtına ümumilikdə 24 dəqiqə əlavə olunub.

Turanın səsi” in məlumatına görə, qarşılaşma ümumilikdə 114 dəqiqə oynanılıb.

Braziliyalı baş hakim Rafael Klaus birinci hissəyə 14, ikinci yarıya isə 10 dəqiqə əlavə edib. İlk hissədəki vaxt itkisinə Asiya təmsilçisinin qapıçısı Əlirza Beyrənvandın zədələnməsi səbəb olub.

Qeyd edək ki, görüş İngiltərə yığmasının 6:2 hesablı qələbəsi ilə başa çatıb. Matçın 90+13-cü dəqiqəsində fərqlənən İran yığmasının hücumçusu Mehdi Taremi mundiallar tarixində ən gec vurulmuş qolun müəllifi olub.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir