Özbəkistandan Moskvaya uçan təyyarə təcili eniş etdi
Özbəkistanın Fərqanə şəhərindən Moskva istiqamətinə uçan Rusiyanın “Aeroflot” şirkətinə məxsus təyyarə Daşkənd hava limanına təcili eniş edib.
“turaninsesi.az” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “Uzbekistan Airports” şirkətinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, təyyarə sərnişinlərdən birinin səhhətinin pisləşməsinə görə təcili eniş edib. Sərnişin insult diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI