“Xalça” planı nədir? – Təyyarəmizin vurulmasına səbəb olan taktika
Təyyarə qəzası saatlarında Qroznı ətrafındakı vəziyyət mürəkkəb idi. Çünki Rusiya Federasiyası “Kovyor” planının həyata keçirilməsinə başlamışdı. Bunu Federal Hava Nəqliyyatı Agentliyinin (“Rosaviasiya”) rəhbəri Dmitri Yadrov bildirib. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin (USQ) pilotsuz uçan aparatları həmin vaxt Qroznı və Vladiqafqaz şəhərlərində mülki infrastruktura hücumlar təşkil edirdi. Bununla əlaqədar olaraq, Qroznı hava limanı ərazisində “Kovyor” (“Xalça”) planı tətbiq edilib.
“turaninsesi.az” çoxları üçün müəmmalı olan “Kovyor” planı ilə bağlı maraqlı nüansları təqdim edir:
“Rusiya Federasiyasının hava məkanından istifadə üzrə federal qaydaların təsdiq edilməsi haqqında” hökumət fərmanına əsasən, havada fövqəladə, müstəsna hallarda “Kovyor” planının (siqnalının) tətbiqini nəzərdə tutur. Ümumi aviasiya mühitində “Kovyor” planı qapalı səma rejimi adlanır. Bu, havadakı bütün (bəzi istisnalarla) təyyarələrin belə bir rejimin əhatə dairəsindən dərhal enməsi və ya çıxması tələbi deməkdir. Hava məkanında sözügedən rejimin tətbiqindən xəbərdar olan pilotlar dərhal ehtiyat aerodromlara istiqamətləndilir.
Rusiya qanunvericiliyinə görə, “Kovyor” planı 3 halda tətbiq edilir:
Rusiya Federasiyasının dövlət sərhədini hava yolu ilə qanunsuz keçmə;
Hücum edən təyyarəyə qarşı silah və ya hərbi texnikanın (məsələn, hərbi təyyarələrin) istifadəsi;
səmada naməlum uçan obyektin və digər maddi obyektlərin (məsələn, PUA-lar) görünüşü.
Hücumu həyata keçirən hava gəmisi aşkar etdikdən sonra növbətçi hava hücumundan müdafiə qüvvələri əvvəlcə pozuntunun dayandırılmasını (məsələn, dövlət sərhədini qanunsuz keçmək) əmr edən rejim siqnalı verir. Hücum edən təyyarə reaksiya vermirsə, hava hücumundan müdafiə ikinci bir siqnala – “Kovyor”a daxil olur. Hava hücumundan müdafiə “Kovyor” planı çərçivəsində ərazinin sərhədləri haqqında da məlumat verir.
Regional mərkəzləri bütün hava gəmilərinə aşağıdakıları tələb edən əmrlər verir:
– bütün təyyarələrin səmadan dərhal enməsi;
– bu və ya digər səbəbdən yerə enə bilməyən hər kəs üçün “Kovyor” planının əhatə dairəsindən çıxmaq;
– “Kovyor” planı üzrə təyyarələrin hava limanlarında uçuş və enişinin dayandırılması.
“Kovyor” planının tələblərini pozan təyyarələr “Rusiya Federasiyasının hava məkanından istifadənin federal qaydalarının təsdiq edilməsi haqqında” qanunun 177-ci maddəsinə uyğun olaraq vurula bilər.
Nazim Hacıyev