Beynəlxalq Parlamentarilər Konqresinin baş katibi Milli Məclisin sədri Sahibə Qafarovaya başsağlığı məktubu göndərib

Beynəlxalq Parlamentarilər Konqresinin baş katibi, senator Sitarə Ayaz “Azərbaycan Hava Yolları” şirkətinə məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə əlaqədar Milli Məclisin sədri Sahibə Qafarovaya başsağlığı məktubu göndərib.


Məktubda deyilir: “Bu çətin zamanda sizə, Azərbaycan hökumətinə və xalqına başsağlığı verirəm. Bu qədər insanların itkisi dərin və ürək ağrıdan faciədir. Bizim fikirlərimiz hadisədə həlak olanların ailələri və yaxınları ilədir və onların böyük kədərini təsəvvür edə bilirik.
Biz hadisə nəticəsində yaralananların tez və tam sağalmalarını arzulayırıq.
Əminəm ki, Azərbaycan xalqı bir-birindən güc alaraq bunun öhdəsindən gələcək. Biz də sizinlə həmrəyliyimizi ifadə edirik”.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI