Ərdoğan Qətərdən ölkəsinə qayıdıb

0


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Saninin dəvəti ilə futbol üzrə dünya çempionatının açılışına getdiyi Qətərdən vətənə qayıdıb.

Turanın səsi” “TRT Haber”ə istinadən xəbər verir ki, dövlət başçısı və onu müşayiət edənləri daşıyan təyyarə İstanbuldakı Atatürk Hava Limanına enib.

Burada Prezident Ərdoğanı vitse-prezident Fuat Oktay, İstanbul valisi Ali Yerlikaya, Ədalət və İnkişaf Partiyasının İstanbul şəhəri üzrə sədri Osman Nuri Kabaktepe və digər rəsmilər qarşılayıblar.

Türkiyə lideri ilə birgə xanımı Əminə Ərdoğan, xarici işlər naziri Mövlud Çavuşoğlu, gənclik və idman naziri Mehmet Muharrem Kasapoğlu, xəzinə və maliyyə naziri Nurəddin Nebati, mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, milli müdafiə naziri Hulusi Akar, Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun və Prezidentin sözçüsü İbrahim Kalın da İstanbula gəlib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir