Paşinyandan Azərbaycana başsağlığı mesajı

Ermənistanın baş naziri Nikol Paşinyan AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar başsağlığı verib.

turaninsesi.az” xəbər verir ki, bu barədə o, “X” səhifəsində yazıb.

Baş nazir qeyd edib: “Bakı-Qroznı reysi ilə uçan təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə başsağlığı diləyirəm. Belə bir faciə kədərə səbəb olmaya bilməz”.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI