Qazaxıstan baş naziri hökumət komissiyası yaratdı – Siyahıda kimlər var?

Aktau yaxınlığında baş verən qəzanın səbəblərini araşdırmaq üçün hökumət komissiyası yaradılıb.

turaninsesi.az” xəbər verir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyi məlumat yayıb.

Hökumətin qərarını baş nazir Oljas Bektenov imzalayıb.

Komissiyaya Baş nazirin müavini, Manqistau vilayətinin akimi, Fövqəladə Hallar Xidməti, habelə nəqliyyat, xarici işlər, daxili işlər, əmək və əhalinin sosial müdafiəsi, səhiyyə nazirliklərinin rəhbərliyi və baş nəqliyyat prokuroru daxildir.

Məlumatda deyilir ki, komissiyaya dərhal hadisə yerinə uçmaq, təyyarənin qəzaya uğrama səbəblərinin hərtərəfli araşdırılmasını təmin etmək, həlak olanların və xəsarət alanların ailələrinə ilk növbədə yardımın göstərilməsi üçün tədbirlər görmək tapşırılıb.

Aydınlaşdırılır ki, Qazaxıstan hökuməti insidentin səbəbləri ilə bağlı hərtərəfli araşdırma aparmaq və prioritet yardım göstərmək üçün Azərbaycan hökuməti ilə əməkdaşlıq edir.