Rus ordusundan rekord itki
Rusiya ordusunun Donetsk oblastı istiqamətində irəliləyişi davam edir. Qanlı toqquşmalarda hər iki tərəf ciddi itkilər verməkdədir.
“turaninsesi.az” xarici mediaya istinadən xəbər verir ki, tərəfsiz müşahidəçilər Rusiya ordusunun noyabrdan bəri hər gün orta hesabla 2 min hərbçi itirdiyini açıqlayıb. Moskvanın ümumi itkilərinin sayı isə 768 mindən çoxdu.
Lakin ruslar son 2 ayda Donetsk istiqamətində təxminən 150 kilometr irəliləməyi bacarıb. Ukrayna tərəfi isə bunu birmənalı təkzib edir.