Putin bu mühüm ərazidən imtina etdi – Görün nə qarşılığında

Rusiya qoşunları Pokrovsk yaxınlığında tədricən irəliləyir. Lakin onların şəhəri ələ keçirmək niyyətində olub-olmaması, yoxsa Kremlin siyasi və informasiya məqsədi çərçivəsində Donetsk və Dnepropetrovsk vilayətlərinin inzibati sərhədlərinə qədər irəliləməyi planlaşdırdıqları hələlik məlum deyil.

turaninsesi.az” xəbər verir ki, bu barədə Amerika Müharibənin Tədqiqi İnstitutunun analitiklərinin hesabatında deyilir.

Analitiklərin fikrincə, Rusiya prezidenti Vladimir Putin orduya mühüm əhali mərkəzlərini ələ keçirməkdənsə, əraziləri zəbt etməyi tapşırıb.

“Putin əvvəllər etdiyi kimi konkret əhali mərkəzlərinin ələ keçirilməsini vurğulamaqdansa, getdikcə daha çox Rusiyanın hücumlarını kvadrat kilometrlərlə xarakterizə edir. Ola bilsin, Putin rus hərbi komandirlərinə açıq sahələr vasitəsilə daha çox qazanc əldə etmək üçün Pokrovskın ələ keçirilməsini təxirə salmağı tapşırıb”, – analitiklər qeyd ediblər.

Hesabatda bildirilib ki, geolokasiya məlumatları Rusiya qoşunlarının inzibati sərhədin 10 kilometrliyində olduğunu göstərir: “Putin Rusiya hərbi komandanlığına Pokrovski mühasirəyə almaq əvəzinə sərhədə doğru irəliləmək üçün təzyiq edə bilər”.

Analitiklər vurğulayırlar ki, Donetsk bölgəsinin qalan hissəsini ələ keçirmək Putinin Ukraynada çoxdankı məqsədlərindən biridir. Putin çox güman ki, Rusiyanın sərhədə doğru irəliləyişindən həm xarici, həm də yerli auditoriyaya Rusiyanın Ukraynadakı uğurları barədə yüksək səslə iddialar irəli sürmək üçün istifadə edəcək. Eyni zamanda, yaxşı müdafiə olunan şəhərlərə qarşı hücum əməliyyatı Rusiyanın irəliləmə sürətini ləngidə və Kremlin özünü dünya səhnəsində hərbi qələbə qazanmış kimi göstərmək cəhdlərini neytrallaşdıra bilər.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI