Almaniyada matəm elan edildi
Almaniyanın daxili işlər naziri Nensi Fesser Maqdeburqda törədilən terror aktı qurbanlarına görə matəm elan edib.
“turaninsesi.az” xəbər verir ki, bu barədə nazirliyin yaydığı məlumatda deyilir.
“Hakimiyyət orqanlarının bütün binalarında bayraqları endirilib”, – məlumatda bildirilib.
Qeyd edək ki, Maqdeburq şəhərində Milad yarmarkasına edilən hücum nəticəsində ölənlərin sayı 5-ə çatıb, 205 nəfər isə yaralanıb.